Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-ın “United Airlines” aviaşirkəti COVID-19 infeksiyasına qarşı vaksin olunmaqdan imtina edən əməkdaşları işdən çıxaracağını bildirib.
Trend-in məlumatına görə, bu barədə şirkətin prezidenti Brett Hart və baş direktoru Skott Kirbinin birgə bəyanatında deyilir.
Qeyd olunur ki, ümumilikdə 600-ə yaxın əməkdaş vaksin olunmaqdan imtina edib. Məlumata əsasən, şirkət onların azad edilməsi prosesini işə saldığını elan edib.
“United Airlines”ın açıqlamasında bu günədək əməkdaşların 99 faizinin vaksinasiyadan keçdiyi bildirilib.