ABŞ-ın İrəvandakı səfiri hakimiyyəti pislədi

ABŞ-ın İrəvandakı səfiri hakimiyyəti pislədi

Birləşmiş Ştatlar ifadə azadlığının və dinc etiraz hüququnun tərəfdarıdır. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı təxribat xarakterli hərəkətləri və təhdidləri, habelə sonuncular tərəfindən həddindən artıq güc tətbiqini pisləyirik.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysinin Ermənistan parlamentinin İnsan haqları və ictimai əlaqələr üzrə Daimi Komissiyasının sədri Taquhi Tovmasyanın yazılı müraciətinə verdiyi cavabda deyilir.

“Biz hakimiyyətin həddindən artıq güc tətbiq edildiyi bəzi hallarla bağlı araşdırmalara başlamasını alqışlayırıq. Bu cür araşdırmaların davam etməsi və pozuntulara görə günahkarların məsuliyyətə cəlb olunması vacibdir”, – deyə səfir bildirib.

Teqlər: