ABŞ İraq ərazisindəki döyüş missiyasının 2021-ci ilin sonuna qədər tamamlanacağını deyib.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden İraq Baş naziri Mustafa əl-Qadimi ilə görüşü zamanı deyib.
C.Bayden qeyd edib: “İlin sonuna qədər artıq İraqda döyüş missiyanı yerinə yetirməyəcəyik”.
Onun sözlərinə görə, ABŞ İraqdakı rolu İŞİD-lə mübarizədə hazırlıqlara, kömək etməyə davam etməkdən ibarət olacaq”.
Tərəflər Ağ Evdəki danışıqlar zamanı müvafiq qərara gəliblər.