ABŞ-ın İraqdakı hərbi düşərgəsi yaxınlığında bir neçə raket partlayıb

İraqın paytaxtı Bağdad beynəlxalq hava limanı yaxınlığında raket zərbəsi endirilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Livanın “Al Mayadeen” televiziya stansiyasının Telegram kanalında bildirilib.

Məlumata əsasən, burada ABŞ ordusunun olduğu Viktoria düşərgəsi yerləşib.


Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib

Reuters agentliyi xəbər verir ki, Bağdad hava limanının yaxınlığında ən az üç raket düşüb. İndiyədək heç bir radikal təşkilat bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.