ABŞ-ın İraqdakı bazasına yenə hücum edildi

ABŞ-ın İraqdakı bazasına yenə hücum edildi

Nücəba İslami Müqavimət Hərəkatı ABŞ hərbçilərinin yerləşdiyi “Ayn əl Əsəd” hərbi bazasına növbəti dəfə raket zərbələri endirib.

AzerTimes xəbər verir ki, bu barədə “Əl Hədat” nəşəri məlumat yayıb.

Məlumata görə, bazaya bir neçə raket atılıb. Zərbələrin nəticələri haqda məlumat verilməyib.

Qeyd edək ki, oktyabrın 20-də “Ayn əl Əsəd” hərbi bazası PUA və raket hücumuna məruz qalmışdı.

Teqlər: