ABŞ-ın İraqdakı bazası yenə hücuma məruz qaldı

ABŞ-ın İraqdakı bazası yenə hücuma məruz qaldı

İraqın qərbindəki Ənbər əyalətində ABŞ-ın Ayn əl-Əsəd bazası PUA hücumuna məruz qalıb.

AzerTimes xəbər verir ki, hərbi obyektə kamikadze dronları tərəfindən hücum edilib.

ABŞ hərbçiləri pilotsuz təyyarələrin hücumunun qarşısını ala bilib.

Hücum nəticəsində insan tələfatı və maddi itki qeydə alınmayıb.

Teqlər: