ABŞ qüvvələrinin İraqdakı iki hərbi bazası raket və dron hücumuna məruz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, ABŞ və beynəlxalq qüvvələrin yerləşdiyi “Ayn əl Əsəd” hərbi bazasına raket və dronlarla hücum edilib. Bazanın ərazisində çoxsaylı partlayışlar eşidilib.
İraq hərbçilərinin məlumatına görə, bazanın ərazisi bağlanılıb və axtarış əməliyyatlarına başlanılıb. Hücum zamanı dağıntı və tələfatla bağlı məlumat verilməyib.
ABŞ-ın Bağdad beynəlxalq hava limanı yaxınlığındakı bazası da raket hücumuna məruz qalıb. Məlumata görə, bazaya atılan raketlərdən biri məhv edilib, biri isə boş anbara düşüb.
“Assoşeyted Press” agentliyinin məlumatına görə, ABŞ-ın Suriyanın cənubundakı bazası dron hücumuna məruz qalıb. Bazaya atılan iki PUA-dan biri vurulub.