ABŞ-ın İrana qarşı istənilən hərbi əməliyyatı Vaşinqtonun müharibəyə girməsi deməkdir.
AzerTimes xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi İsfahana PUA hücumundan sonra bildirib.
“İranın nöqteyi-nəzərindən istənilən səviyyədə hərbi variantdan istifadə ABŞ-ın müharibəyə girməsi deməkdir. Hələlik İran bunu mümkünsüz hesab edir”, – missiya qeyd edib.
O əlavə edib ki, ABŞ yanlış hesablayıb müharibəyə başlayarsa, belə bir münaqişənin nəticələrinə görə Vaşinqton məsuliyyət daşıyacaq:
“Şübhəsiz ki, İran öz təhlükəsizliyini və maraqlarını qorumaq imkanına malikdir”.