Husilər Ədən körfəzində ABŞ hərbi gəmisinə növbəti hücumu elan edib.
AzerTimes xəbər verir ki, bunu husilərin nümayəndəsi Yəhya Səriya bildirib.
“Yəmən Hərbi Dəniz Qüvvələri Ədən körfəzində ABŞ hərbi yük gəmisi “Ocean Jazz”a hücum edib. Yəmən Silahlı Qüvvələri Qırmızı və Ərəb dənizlərindəki bütün təhdid mənbələrini vuraraq ölkəmizə qarşı ABŞ və Böyük Britaniyanın istənilən təcavüzünə cavab verməkdə davam edir”, – husilərin rəsmisi vurğulayıb.