ABŞ-ın müdafiə büdcəsi İranın təhlükəsizliyinə təhdid yaradır.
AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
“Bu qanunun antiiran məzmunu ABŞ-ın İrana qarşı düşmənçilik, təxribatçı və müdaxiləçi baxışlarının və siyasətlərinin davam etməsini, həmçinin iranofobiyanı yaymaq və İranın təhlükəsizliyinə təhdid yaratmaq cəhdlərini əks etdirir”, – Kənani bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden 2023-cü maliyyə ili üçün 858 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.