Ermənistan hökumətinin bugünkü iclasında ABŞ-ın bağışladığı hədiyyənin qəbulu məsələsi müzakirə olunacaq.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Ermənistan hökumətinə bağışladığı hədiyyə DİN üçün yalnız bir ədəd “Mitsubişi L-200” yolsuzluq avtomobilidir. Onun qiyməti cəmi 40 min dollardır.
Qeyd edək ki, erməni mediası və sosial şəbəkələrində bu hədiyyəyə istehza edilib.