ABŞ-ın hazırladığı döyüşçülər Ukraynaya qarşı vuruşacaq

ABŞ-ın hazırladığı döyüşçülər Ukraynaya qarşı vuruşacaq

İrandakı “PMC Vaqner” Əfqanıstanın xüsusi əməliyyat qüvvələrinin döyüşçülərini Ukraynadakı müharibəyə hazırlayır.

AzerTimes xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Aleksey Getman növbəti dəfə məlumat verib.

O qeyd edib ki, hərtərəfli hazırlıqla “mobilləri” vaqnerçilərə bağlamaq istəyirlər:

“Əfqanıstan döyüşçüləri İranda vaqnerçilərin himayəsi altında müəyyən təlimlər keçir. Bu döyüşçülərə tibbi sığorta, əmək haqqı təklif olunub. İlin sonuna qədər ən azı 3000 belə hərbçinin səfərbər edilməsi planlaşdırılır. Fevral-mart aylarına qədər daha 5 min belə insan. Bunlar amerikalı təlimatçılar tərəfindən öyrədilmiş insanlardır. Onlar necə döyüşməyi bilirlər”, – Getman bildirib.

Qeyd edək ki, daha öncə Getman açıqlamasında Əfqanıstandakı 40 min muzdlunun İran vasitəsilə Rusiyaya, oradan isə Ukraynaya müharibəyə göndəriləcəyini bildirimişdi.

Teqlər: