ABŞ-ın Florida ştatında evin uçması nəticəsində ölənlərin sayı 18-ə yüksəlib

ABŞ-ın Florida ştatında 12 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərə Mayami-Deyd dairsənin başçısı Daniyella-Livayn Kava bildirib.

O qeyd edib: “Son brifinqdən sonra təəssüf ki, daha iki həlak olanların cəsədini tapdıq. Ölənlərin sayı 18 nəfərdir”.

Dairə başçısı bildirib ki, ölənlərin ikisinin dörd yaşında və 10 yaşında uşaqdır. Onun sözlərinə görə, 145 nəfərin taleyi naməlum olaraq qalır.