ABŞ-a məxsus F-16 qırıcısı Cənubi Koreyanın qərb sahillərində qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, təyyarə Çolla-Pukto əyalətində Kunsan aviabazasının yaxınlığındakı dənizə düşüb.
ABŞ Hərbi Hava Qüvvələri təyyarənin qəzaya uğradığını təsdiqləyib.
“Pilot uğurla katapult edib və xilas edilib”, – məlumatda qeyd olunub.
Qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib.