ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayer Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Zati-aliləri. Altmış illik yubileyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Mən yaxın dostluğumuzdan çox məmnun olduğumu bildirir və Sizin dinlərarası harmoniyaya, birgəyaşayışa yüksək səviyyəli diqqətinizi alqışlayıram.

Bu yaxınlarda yəhudilərin Hanuka bayramı münasibətilə təbrikinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Əlamətdar doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram”.

Teqlər: