ABŞ-ın “JPMorgan Chase”, “Bank of America” və “Citigroup” kimi 3 ən böyük bankının rəhbərləri Tayvana hərbi hücum olacağı təqdirdə, Çindən investisiyaları geri çəkəcəklər.
AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Bildirilir ki, bankların nümayəndələri bu məsələdə hökumətin göstərişlərinə əməl edəcək və dövlətin mövqeyini dəyişdiyi təqdirdə, onlar da dərhal eyni şeyi sərgiləyəcəyini bildiriblər.
Qeyd edək ki, 2021-ci ilin sonunda “Citigroup”un Çindəki kapitalı kreditlər və investisiya qiymətli kağızları da daxil olmaqla, 27,3 milyard dollar təşkil edib.