ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi “Taliban”la terrorizmə qarşı mübarizəni müzakirə edəcək

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest gələn həftə “Taliban”la məsləhətləşmələrə başlayacaq.

AzerTimes-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

Onun sözlərinə görə, T.Uest gələn həftə Qətərə yollanacaq və orada “Taliban”ın liderləri ilə görüşlər keçiriləcək.

Görüşlərdə ABŞ-ın milli təhlükəsizliyi üçün vacib hesab etdiyi mövzular müzakirə olunacaq: terrorizmlə mübarizə, humanitar məsələlər, Əfqanıstanda ABŞ vətəndaşlarının hərəkət azadlığının təmin edilməsi.