Qəzzanın üçdə iki hissəsi dağılıb.
AzerTimes xəbər verir ki, bu barədə Fələstin lideri Mahmud Abbas Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.
Fələstin lideri bildirib ki, ərazidəki məktəblər, məscidlər və digər tikililər məhv olub:
“ABŞ isə bütün bunlara qarşı susur, veto hüququndan istifadə edir. Təəssüf ki, ABŞ-ın dünyaya gətirdiyi fəlakət davam edir”.