ABŞ-ın dövlət katibi Reks Tillerson Qətərə səfər edib.
Onun səfəri Körfəz ölkələri arasında davam edən böhranın kəskinləşməsinin qarşısını almaq məqsədi daşıyır.
R.Tillerson jurnalistlərə açıqlamasında münaqişənin qarşısının alınması üçün bu ölkəyə gəldiyini deyib.
R.Tillerson Qətərə Küveytdən səfər edib. Daha sonra o, Səudiyyə Ərəbistanına səfər edəcək və burada da “Qətər məsələsi”ni müzakirə edəcək.