ABŞ-ın dövlət katibi Novruz bayramı münasibətilə paylaşım edib

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken
tviter hesabında Novruz bayramı münasibətilə paylaşım edib.

AzerTimes-ın
məlumatına görə, ABŞ rəsmisi dünyanın hər yerində Novruz bayramını
qeyd edən insanları təbrik edib.

Entoni Blinken qarşıdan gələn yeni ilin hər kəs üçün ümid və
yenilənmə ilə dolu, sağlam və şən keçməsini arzulayıb.