ABŞ-ın daxili təhlükəsizlik naziri Alehandro Mayorkas koronavirusa yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə “CNN” telekanalı nazirliyin nümayəndəsi Marş Espinosaya istinadən xəbər verir.
Bildirilir ki, nazir səyahətdən əvvəl müntəzəm protokolun bir hissəsi olaraq test verib və onun testinin nəticəsi müsbət olub:
“Nazir tam peyvənd olunub, o, təcrid olunacaq, Xəstəliklərə Nəzarət Mərkəzləri və tibbi tövsiyələr əsasında vəzifəsini evdən icra edəcək.
Qeyd edilir ki, hazırda nazirin təmasda olduğu insanların müəyyən edilməsi üzrə işlər aparılır.