ABŞ-ın Çinlə bağlı istəyi budur – Ağ Ev

ABŞ-ın Çinlə bağlı istəyi budur – Ağ Ev

Birləşmiş Ştatlar Çinlə yüksək səviyyəli əlaqələr qurmaq üçün fəal şəkildə işləyir, lakin hələ bununla bağı yekun qərar yoxdur.

AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O, Co Bayden və Si Szinpin arasında təkbətək görüşün mümkünlüyü barədə danışarkən bildirib ki, danışıqların təşkili üzərində işləsək də, hələ bununla bağlı nəticə yoxdur.

Qeyd edək ki, bu yaxınlarda noyabrda Balidə keçiriləcək G20 sammitində Bayden və Szinpin arasında ilk təkbətək görüşün baş tutacağı ilə bağlı məlumatlar yayılmışdı.

Teqlər: