Çin öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcək və ABŞ-ın Çinə nəzarət etmək üçün Tayvandan istifadə etmək cəhdlərini dayandıracaq.
AzerTimes xəbər ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.
“Daxili işlərə qarışmamaq prinsipinə məhəl qoyulmasa və ondan imtina edilərsə, dünya cəngəllik qanununa qayıdacaq. Biz buna yol verə bilmərik və bütün ölkələr də bunun qarşısını almaq üçün birləşməlidir, bəşər sivilizasiyasının tərəqqisinin geriyə qayıtmasına imkan verməməlidir”, – Van Yi qeyd edib.
O, BMT-nin Baş katibi Antonio Quterreşin “BMT, Baş Assambleyanın 2758 saylı qətnaməsinə əməl etməyə davam edəcək” fikrinə də münasibət bildirib:
“Bu, bir Çin prinsipinə əsaslanır, yəni dünyada yalnız bir Çin var, ÇXR hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir. Tayvan isə Çinin bir hissəsidir. Bu, beynəlxalq ictimaiyyətin paylaşdığı ədalətin səsidir. ABŞ-ın Çinə nəzarət etmək üçün Tayvandan istifadəsi sadəcə bir fantaziyadır”.