Amerika Birləşmiş Ştatları orbitadan idarə olunmayan eniş edən Çin raketinin təhlükəsiz bir yerə düşəcəyinə ümid edir.
AzerTimes-ın məlumatına görə, bu barədə Pentaqon rəhbəri Loyd Austin bildirib.
O deyib: “Raketi vurmaq planımız yoxdur. Ümid edirik ki, heç kimə zərər verməyəcəyi yerə düşəcək. Okeanda və ya başqa bir yerdə”.