ABŞ-ın bu siyasəti müttəfiqlərinə zərbə vuracaq

ABŞ-ın bu siyasəti müttəfiqlərinə zərbə vuracaq

Vaşinqtonun Kiyevə dəstəyi ABŞ və onun müttəfiqlərinə zərbə vuracaq, həmçinin qlobal iqtisadiyyatı məhv etməklə, silahlara nəzarət prosesini çətinləşdirəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Foreign Affairs” nəşri yazıb.

Məlumatda bildirilir ki, ABŞ-ın Avropadakı ən mühüm ticarət tərəfdaşları və müttəfiqləri, əsasən, enerji qiymətlərinin artması səbəbindən ən çox zərbə alacaq. ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynadakı vəziyyəti həll etmək üçün addımlar atır.

Müəllifin fikrincə, Ukraynadakı münaqişə hərbi və maliyyə resurslarını əlindən alaraq ştatların özlərinə də zərbə vuracaq. Bu isə dövlətlərin Çinlə uzunmüddətli strateji rəqabətə üstünlük imkanlarını məhdudlaşdıracaq.

ABŞ hakimiyyətinin hərəkətləri həmçinin, “ABŞ-Rusiya arasındakı münasibətlərin dərin donmasına” imkan yaradır. Və dövlətlərarası silahlara nəzarət kimi qlobal əhəmiyyətli məsələlərdə əməkdaşlığı potensial olaraq təhdid edir.

Teqlər: