ABŞ-ın Venesuela iqtisadiyyatına ziyan vuran sanksiyaların ləğvi ilə bağlı razılaşmaları pozmasını qətiyyətlə pisləyirik.
AzerTimes xəbər verir ki, bunu Venesuela xarici işlər naziri İvan Xil Pinto deyib.
“Ötən ilin sentyabrın 28-də Qətərin vasitəçiliyi ilə Dohada əldə edilmiş razılaşmalar pozulub. ABŞ yenə qərarlara əməl etməyib”, – Pinto bildirib.
Qeyd edək ki, bu gün Venesuelaya qarşı neft, qaz və qızıl hasilatı sahələrində bir sıra sanksiyalar bərpa edilib.