Hizbullahın yüzlərlə tərəfdarı təşkilatın lideri Həsən Nəsrullahın öldürülməsinə etiraz olaraq ABŞ-ın Bağdaddakı səfirliyinə yürüş edib.
AzerTimes xəbər verir ki, bu barədə “Şəfəq Nyus” məlumat yayıb.
Məlumata görə, İraqda etirazçılar Bağdadın Yaşıl Zonasına soxularaq ABŞ səfirliyini mühasirəyə alıblar.
ABŞ hər hansı bir hücuma qarşı İraq və Suriyadakı səfirliklərinə təlimatlar göndərib.
ABŞ Dövlət Departamenti bəzi işçilərə ailələri ilə birlikdə diplomatik missiyanı tərk etməyi tövsiyə edib.