ABŞ Konqresinin Senatı Linda Tomas-Qrinfildin BMT yanında daimi nümayəndə vəzifəsinə namizədliyini təsdiq edib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, 68 yaşlı diplomatın namizədliyini 78 senator dəstəkləyib, 20 senator isə onun namizədliyinə qarşı çıxıb.
Qeyd edək ki, L.Tomas-Qrinfild diplomatik xidmətə 1982-ci ildə başlayıb. O daha əvvəl Dövlət Departamentində yüksək vəzifələrdə çalışıb. 2008-2012-ci illərdə ABŞ-ın Liberiyadakı səfiri, 2013-2017-ci illərdə isə dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi olub.