ABŞ-ın BMT-dəki 12 rusiyalı diplomatı persona non qrata elan etməsi düşmənçilikdir – səfir

Rusiya ABŞ-ın BMT-yə 12 rus diplomatını persona non qrata elan
etməsini düşmənçilik kimi qiymətləndirir.

AzerTimes-ın məlumatına görə, bunu Rusiyanın Vaşinqtondakı səfiri
Anatoli Antonov deyib.

“Administrasiyanın bu hərəkətləri dərin məyusluq hissi yaradır.
ABŞ hökuməti dünya təşkilatındakı xarici nümayəndəliklər üçün
normal iş şəraitinin təmin edilməsi ilə bağlı üzərinə götürdüyü
öhdəlikləri bir daha pozub. Zərbə növbəti dəfə rus diplomatlarına
gəldi. Bu, ölkəmizə qarşı düşmənçilikdir”, – deyə səfir
bildirib.