ABŞ-ın birinci xanımı Ukraynada səfərdə olub

ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynanın Ujqorod şəhərində
səfərdə olub.

Trend bu barədə Ukrayna KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, C.Bayden Ujqorodda Ukraynanın birinci xanımı
Yelena Zalenski ilə görüşüb.

Cill Bayden və Yelena Zelenski Ukrayna bölgələrindən olan
məcburi köçkünlərin məskunlaşdığı məktəbə baş çəkiblər.

Qeyd edilir ki, Cill Bayden artıq Ukrayna ərazisini tərk
edib.