

Qrenlandiya ABŞ-ın bir hissəsi olmaq istəmir.
AzerTimes xəbər verir ki, bunu Qrenlandiyanın Baş naziri Mute Egede deyib.
“Biz amerikalı olmaq istəmirik, ABŞ-ın bir hissəsi olmaq istəmirik, amma ABŞ-la güclü əməkdaşlıq istəyirik”, – Egede bildirib.
Onun sözlərinə görə, Qrenlandiyanın Vaşinqtona təklif edəcəyi çox şey var və resurs hasilatı üçün ABŞ sərmayəsinə hazırdır.