ABŞ-ın baş kəşfiyyatçısı gizli şəkildə Kiyevdə olub

ABŞ-ın baş kəşfiyyatçısı gizli şəkildə Kiyevdə olub

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns oktyabrın əvvəlində Ukrayna Prezidenti Vladimir Zelenski və digər rəsmilərlə görüşmək üçün gizli şəkildə Kiyevə səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

“Orada olarkən o, Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə dəstək vermək, o cümlədən kəşfiyyat məlumatlarını bölüşməyə davam etmək barədə öhdəliklərini gücləndirib”, – məlumatda deyilib.

Teqlər: