ABŞ-ın Azərbaycandakı səfirliyi bugünlük fəaliyyətini dayandırıb.
AzerTimes xəbər verir ki, səfirlikdən verilən məlumatda bunun Veteranlar Günü ilə bağlı olduğu bildirilib.
Belə ki, bu gün bütün müharibələrdə iştirak etmiş amerikalı əsgərlərin xatirəsi yad edilir.