ABŞ-ın cənub-qərbindəki Arizona ştatının paytaxtı Feniksdə
atışma nəticəsində 9 polis əməkdaşı yaralanıb, atəş açmaqda şübhəli
bilinən şəxs və bir qadın həyatını itirib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Feniks şəhəri
polis departamentinin rəisi Jeri Williams beş polis əməkdaşının
güllə yaraları ilə xəstəxanaya yerləşdirildiyini, onlardan birinin
vəziyyətinin ağır, lakin həyati təhlükə olmadığını qeyd edib.
Bildirilir ki, atəş açmaqda şübhəli bilinən şəxs əvvəllərdə
xinayət məsuliyyətinə cəlb olunub və bir neçə dəfə mühakimə
olunub.