ABŞ-ın 22 ildən sonra yeni cəhdi: Nazirlər anlaşacaqmı?

ABŞ-ın 22 ildən sonra yeni cəhdi: Nazirlər anlaşacaqmı?

ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün vasitəçilik edir. Bu, Vaşinqtonun 22 ildən sonra ikinci cəhdidir. 2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryanın birgə görüşü olmuşdu.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu hazırda ABŞ-da Dövlət katibi Entoni Blinkenin səyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının davam edən görüşü haqda bildirib.

Politoloq deyib ki, 22 ilcəki görüş intensiv olaraq 4 gün davam etmiş və nəticəsiz qalmışdı:

“Ermənistan həmin dövrdə özünü müharibənin qalibi saydığından masada Qarabağ məsələsində heç bir addım atmaq istəmirdi. Hazırda rollar dəyişib. İndi məğlub Ermənistanın tələsməyə ehtiyacı var. Vaşinqtonda Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri üçtərəfli müzakirələrə başlayıblar. Nazirlərin görüşündə irəliləyiş əldə edilərsə, Vaşinqton liderlərin görüşünə də ev sahibliyinə iddialı olacaq”.

Ekspert “Kolin Pauellin bacarmadığını Blinken edə biləcəkmi?” sualına bu cür cavab verib:

“Bu, Ermənistanın sülh sazişi mətnində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımasına hazır olmasından asılıdır”.

Teqlər: