ABŞ ilk yarım saatda bu donanmanı məhv edəcək

ABŞ ilk yarım saatda bu donanmanı məhv edəcək

Rusiyanın Ukrayna ərazisinə nüvə zərbəsi endirəcəyi təqdirdə ABŞ Qara dəniz donanmasını və onun sahildəki bütün bazalarını ilk yarım saat ərzində məhv edəcək.

AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Piontkovski deyib.

O, Vaşinqtonun bunun üçün nüvə silahına əl atmayacağını, əksinə, böyük şərti üstünlüyündən istifadə edəcəyini vurğulayıb:

“Əgər bu, Moskvada təəssürat yaratmasa, o zaman bir neçə gün ərzində Ukrayna ərazisində yerləşən bütün rus qruplaşmasını külə döndərəcəklər. ABŞ heç bir halda nüvə silahı ilə cavab verməyəcək. Çünki bu, mənasız terror cinayətidir. Amma onlar rusları daha sərt cəzalandıracaqlar”.

Teqlər: