ABŞ kibermüharibənin dəstəklənməsi üzrə ilk taburunun formalaşdırılması zamanı Azərbaycanın İkinci Qarabağ müharibəsindəki təcrübəsindən yararlanacaq.
Trend-in məlumatına görə, bunu ABŞ Silahlı Qüvvələrinin Kiberkomandanlığının rəhbəri, general-leytenant Stiven Foqarti deyib.
O bildirib ki, ABŞ bu ilin yayından ilk kiberbirləşməsini yaratmağı və sınaqdan keçirməyi planlaşdırır və Azərbaycanın müharibədi təcrübəsi yeni birləşmədə tətbiq olunacaq üsullardan biri olacaq.
Amerikalı general qeyd edib ki, Azərbaycanın Ermənistanı yalnız pilotsuz uçuş aparatları sayəsində məğlub etməsi fikri ilə razı deyil:
“PUA-ların erməni hədəflərinə hücum etməsi üçün, ilk növbədə onları tapmaq lazım idi. Onlar elektron avadanlıqlar vasitəsilə müdafiəni sıradan çıxarmalı idilər. Bunun üçün geniş məlumatlar toplayan və zərbə endirilməsi barədə sürətli qərar qəbul etməli idi. PUA-lar, əlbəttə ki, vacibdir, amma informasiya aspekti də kritik əhəmiyyət daşıyır”
(Tərcümə: Orxan Nəbiyev)