ABŞ ilk dəfə İsrailə sanksiya tətbiq edəcək

ABŞ ilk dəfə İsrailə sanksiya tətbiq edəcək

ABŞ ilk dəfə olaraq İsrail müdafiə qüvvələrinin bir bölməsinə qarşı sanksiyalar tətbiq edəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, dövlət katibi Entoni Blinken yaxın vaxtlarda müvafiq bəyanatla çıxış edəcək.

Qeyd olunur ki, “Netsax İehuda” batalyonu fələstinli yaraqlıların hücumundan əvvəl İsrail hərbçiləri tərəfindən işğal olunmuş İordaniyanın qərb sahilində insan haqları pozuntularına görə sanksiya siyahısına daxil ediləcək.

Teqlər: