ABŞ Arktika bölgəsinə ilk dəfə olaraq səfir göndərir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel məlumat yayıb.
“Təyin ediləcək səfir 7 digər Arktika ölkəsi olan Kanada, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç və Rusiya, eləcə də yerli qruplarla əlaqədə olacaq”, – Patel bildirib.