ABŞ ilin son yardımını Ukraynaya elan edəcək

ABŞ ilin son yardımını Ukraynaya elan edəcək

ABŞ dekabrın sonunda Ukraynaya yeni hərbi yardım paketini elan edəcək.

AzerTimes xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

“Biz hələ də bu ayın sonunda Ukrayna üçün bir yardım paketi planlaşdırırıq”, – Kirbi bildirib.

Onun sözlərinə görə, Konqres əlavə vəsaitin ayrılması ilə bağlı qərar qəbul etməsə, ABŞ-ın Kiyev rejimini dəstəkləmək üçün artıq resursları olmayacaq.

Teqlər: