ABŞ iki rusiyalını buna görə həbs etdi

ABŞ iki rusiyalını buna görə həbs etdi

ABŞ Ədliyyə Nazirliyi Rusiyanın iki vətəndaşını – Oleq Patsuli və Vasili Besedini rus şirkətlərinə sanksiyalardan yayınmağa kömək etdiyinə görə həbs edib.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, onlar aviaşirkətlərə ehtiyat hissələrin tədarükündə iştirakda və Rusiyaya sanksiyalardan yan keçməyə köməkdə şübhəli bilinərək saxlanılıblar.

“Şübhəlilər ötən ilin sentyabrında Arizona ştatına gediblər və yerli şirkətdən avadanlıqlar almağa çalışıblar”, – məlumatda bildirilib.

Bundan əvvəl “Nyu York Tayms” cinayət işinin materiallarına istinadən onların nəzarətə götürüldüyünü yazmışdı.

Teqlər: