ABŞ prezidenti Cozef Bayden enerji naziri Cennifer Qrenxolma “İda” qasırğasının səbəb olduğu ölkədə yanacaq qiymətlərinin artması ilə mübarizə üçün strateji neft ehtiyatlarından istifadə etməyi tapşırıb.
AzerTimes-ın İnterfaks-a istinadən verdiyi məlumata görə, Bayden administrasiyası “İda”nın vurduğu ziyanı ən qısa müddətdə qiymətləndirməyə çalışır.
“Enerji katibi Qrenxolma boru kəmərlərindən benzinin axmasını təmin etmək üçün strateji neft ehtiyatı da daxil olmaqla hər şeydən istifadə etməsini tapşırdım”, – C.Bayden deyib.