ABŞ-ı fəlakətli daşqın gözləyir: Kaliforniya dənizə çevriləcək

ABŞ-ı fəlakətli daşqın gözləyir: Kaliforniya dənizə çevriləcək

İqlim dəyişikliyi Kaliforniyada yaxın 40 ildə daşqın ehtimalını iki dəfə artırıb və bu, tarixdə ən dəhşətli fəlakətə çevriləcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-dakı Milli Atmosfer Tədqiqatları Mərkəzinin klimatoloqlarının araşdırmasında bildirilib.

“Təhlillər göstərdi ki, sərin mövsümdə “atmosfer çayları”nın fasiləsiz axını nəticəsində böyük daşqın ehtimalı 200-300% artıb. Əgər əvvəllər meqadaşqınlar 200 ildə bir dəfə baş verirdisə, indi onların tezliyi əsrdə üç dəfəyə qədər artacaq. Kaliforniyanın dağlıq ərazisi, eləcə də iqlim dəyişikliyi səbəbindən tez-tez baş verən və Kaliforniya vadisini su axınlarının sürətlə axacağı dik, sürüşkən səthə çevirən meşə yanğınları problemi daha da artıracaq”, – hesabatda qeyd olunub.

Hesabatda qeyd olunub ki, Kaliforniyanı dənizə çevirə biləcək daşqın bu günə qədər ən böyük iqlim fəlakəti ola bilər. Bu, ABŞ tarixində bu günə qədər baş verən ən böyük fəlakət olan Katrin qasırğasından 5 dəfə çox olacaq.

Teqlər: