Moskva rusiyalı jurnalistlərə viza verilməməsini unutmayacaq, bağışlamayacaq.
AzerTimes xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
“Ən əsası, əmin olun: biz unutmayacağıq, bağışlamayacağıq”, – o bildirib.
Qeyd edək ki, ABŞ tərəfi BMT TŞ-nin iclasında iştirak edəcək Rusiya XİN rəhbəri Sergey Lavrovun heyətində təmsil olunan jurnalistlərə viza verməyib.