ABŞ Husilərin Səudiyyə Ərəbistanına raket hücumunü pisləyir.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: “ABŞ sentyabrın 4-də husilərin Səudiyyə Ərəbistanının şərqi əyalətinə endirdiyi son raket zərbəsini pisləyir. Bu, qəbuledilməzdir. Bu hücumlar 70 mindən çox ABŞ vətəndaşı da daxil olmaqla krallığın sakinlərinin həyatını təhdid edir”.
Xatırladaq ki, ötən gün husilər Səudiyyə Ərəbistanı ərazisinə raket zərbələri endiriblər. Hava hücumundan müdafiə sistemləri raketləri havada məhv edib, lakin raketlərdən birinin qalıqları Dammam şəhərində 14 yaşayış evinə zərər vurub və 2 uşaq xəsarət alıb.