ABŞ husilərə zərbələrin əsas hədəflərini açıqladı

ABŞ husilərə zərbələrin əsas hədəflərini açıqladı

ABŞ Mərkəzi Komandanlığı və Böyük Britaniya qüvvələri Avstraliya, Kanada, Hollandiya və Bəhreynin dəstəyi ilə Qırmızı dənizdə beynəlxalq gəmilərə “qanunsuz və məsuliyyətsiz” hücumları dayandırmaq üçün Yəməndəki husi hədəflərinə zərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının X səhifəsində yaydığı məlumatda deyilir.

Açıqlamada qeyd edilir ki, zərbələrin hədəfi radar sistemləri, pilotsuz uçan aparatların olduğu anbarlar, ballistik və qanadlı raketlər, eləcə də onların buraxılış məntəqələri olub.

Teqlər: