ABŞ və Britaniya hərbi koalisiyası husilərin Yəmənin qərbindəki liman və qəsəbələrdəki mövqelərinə 17 hava hücumu həyata keçirib.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Məsirə” telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ və koalisiya qüvvələri husilərin nəzarətində olan Yəmənin müxtəlif bölgələrini, o cümlədən Hüdeydə və Ras-İsa limanını hədəf alıb.
Hücum nəticəsində 11 nəfərin həlak olduğu, ən azı 14 nəfərin isə yaralandığı bildirilib.