ABŞ qüvvələri Husi mövqelərinə 7 hava zərbəsi endirib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
“Fevralın 8-də Səna vaxtı ilə səhər saat 5:00-dan 21:00-a qədər ABŞ qüvvələri gəmiləri atəşə tutmağa hazırlaşan 4 suüstü döyüş gəmisinə (USV) 7 hava zərbəsi endirərək özünü müdafiə əməliyyatı həyata keçirib”, – məlumatda bildirilib.
Hələlik hücumun təfərrüatı barədə dəqiq məlumat verilməyib.