ABŞ Hörmüzə esmines və qırıcılar göndərir

ABŞ Hörmüzə esmines və qırıcılar göndərir

ABŞ gəmiçiliyi qorumaq üçün Hörmüz boğazına esmines və qırıcılar göndərəcək.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Sabrina Sinqx deyib.

“Hörmüz boğazında son zamanlar baş verən narahatlıq doğuran hadisələr görə, müdafiə naziri ora USS Thomas Hudnes esminesi və F-16 ilə F-35 qırıcılarını göndərməyi əmr edib”, – deyə Sinqx bildirib.

Onun sözlərinə görə, hərbi gəmi ABŞ-ın maraqlarını və regionda naviqasiya azadlığını qorumaq üçün Pentaqonun Mərkəzi Komandanlığının məsuliyyət zonasına gedəcək.

Teqlər: