ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı federal hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihələri paketini imzalayaraq, təxminən dörd günlük qismən hökumət bağlanmasına son qoyub.
AzerTimesxəbər verir ki, bu barədə ABŞ prezidenti Ağ Evdə keçirilən sənədlərin imzalanması mərasimində bildirib.
“Amerika xalqının təhlükəsizliyini və firavanlığını təmin etmək üçün vacib proqramları dəstəkləyərkən israfçı federal xərcləri effektiv şəkildə azaldan bir maliyyələşdirmə paketini qəbul edə bildik”, – deyə o bildirib.
Qeyd edək ki, layihə ötən cümə günü Senat, bu gün isə Nümayəndələr Palatası tərəfindən səs çoxluğu ilə qəbul edilib.

AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN